RU

Mingəçevirdə “Kürü keçək?!“ açıq suda üzmə yarışı başa çatıb

Bu gün Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində açıq suda ənənəvi kütləvi üzmə yarışı baş tutub.

Apasport.az xəbər verir ki, Kür çayının iki sahili arasında keçirilən “Kürü keçək?!” adlı yarış Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunub.

Sayca 4-cü dəfə təşkil edilən yarışda ölkənin bütün şəhər və rayonlarından üzmə bacarığına malik 12 yaşdan yuxarı şəxslər iştirak ediblər. 

Yarışlar 12–17, 18–23, 24–35, 36–55, 56–70 və 70+ yaş kateqoriyaları üzrə təşkil olunub. Ümumilikdə 549 nəfər qeydiyyatdan keçib. Onlardan 288 nəfər start xəttinə çıxıb, 273 nəfər isə finişə çata bilib.

Sonda qaliblər və mükafatçılar diplom və medallarla təltif olunublar. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, idman şöbəsinin sədri Elnur Məmmədov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti  Zaur Əliyev, vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.

Qeyd edək ki, ilk dəfə açıq suda üzmə yarışı 2022-ci ildə Xəzər dənizində (“Xəzər dalğası”), 2022-ci ildən isə Mingəçevirdə Kür çayında (“Kürü keçək”) təşkil edilib.

Bakıda Kamandan Oxatma üzrə Ölkə Birinciliyinin final mərhələsi keçirilir - FOTO

"Təhlükəsiz idman hamı üçün" mövzusunda keçirilən seminara yekun vurulub

III MDB Oyunlarında Azərbaycanı 340 idmançı təmsil edəcək

Kamandan Oxatma üzrə Ölkə Birinciliyi və Çempionatı başlayıb - FOTO

Azərbaycan Avropa üzrə Regional Simpoziumuna ev sahibliyi edəcək

Избранный
163
6
apasport.az

7Источники