RU

Qəzzada bir gündə 7 nəfər aclıqdan öldü

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzza zolağında son 24 saatda 7 nəfər daha aclıqdan ölüb.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qəzzada olan Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2023-cü il oktyabrın 7-dən etibarən aclıqdan ölənlərin sayı 339-a yüksəlib. Onlardan 124-ü uşaq olub.

Qeyd olunur ki, Qəzza zolağına təşkil etdiyi hücumlarda ümumilikdə həyatını itirənlərin sayının 63 min 371 nəfərə, yaralı sayı isə 159 min 835 nəfərə yüksəlib.

“Cebheinfo.az”

Избранный
137
9
cebheinfo.az

10Источники