RU

Azərbaycanda taksi qiymətləri bahalaşıb? - AÇIQLAMA

Bakı. Trend:

Azərbaycanda bəzi taksi şirkətlərinin qısa məsafələr üçüngedişhaqlarını artırmaları ilə bağlı məlumatlar yayılıb.Məlumatlarda iddia olunur ki, taksi şirkətlərində minimalgedişhaqqı 2,50 AZN-dən - 3,50 və hətta 4 manata qədər dəyişib.

Trend yayılanməlumatlarla əlaqədar “Uber” şirkətinə sorğu ünvanlayıb.

Şirkətin mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilibki, minimum gediş haqlarında dəyişiklik edilməyib.

"Tariflərin özləri, yəni ümumi gediş haqqını formalaşdıranməbləğlər dəyişməyib. Lakin qiymətə yalnız seçilən tarif deyil, həmdə bir çox digər amillər təsir edir: səfərin vaxtı və məsafəsindəntutmuş, xəttə çıxan azad sürücülərin sayına və gediş tələbatınaqədər", - deyə məlumatda qeyd edilib.

Məsələ ilə bağlı "Bolt" şirkətinin Azərbaycandakı xidmətininrəhbəri N.Əzizov isə Trend-ə açıqlamasında bildirib ki, qiymətsiyasətlərində hər hansı bir dəyişiklik və minimum qiymətdə artımyoxdur.

O, taksi xidmətlərinin dinamik qiymət prinsipi əsasındaişlədiyini vurğulayıb: "Ona görə də tələb və təklif arasındabalanssızlıq olduqda, pik əmsallardan istifadə edərək, ride-hailingxidmət alqoritmləri onu balanslaşdırır. Bu o deməkdir ki, tələbin(sifarişçilərin sayı) çox sürətlə artdığı və təklifi (sürücülərinsayını) üstələdiyi bir şəraitdə səfərin yekun dəyəri də arta bilər.Vaxt keçdikcə tələb və təklif balansı bərpa edildikdə, qiymətavtomatik olaraq azalacaq.

Şirkət təmsilçisinin sözlərinə görə, taksidə gedişin dəyəri birsıra amillər əsasında formalaşır: "Baza tarifi (avtomobilin qəbulməntəqəsinə gəlişinin dəyəri), gedişə sərf olunan vaxt üçün gedişhaqqı, yürüş və dinamik əmsallar və sair. Qiymətlərə balanssızlıqşəraitində tələb və təklif arasındakı vəziyyət də təsirinigöstərir".

N. Əzizov qeyd edib ki, sürücü səyahətin təxmini dəyərini görəsədə, lakin son qiymət fərqli ola bilər: "Bu da avtomobilin marşrutdapis hava şəraiti, yol işləri, tıxaclar və s. ucbatından gecikməsiilə bağlı ola bilər. Məsələn, istifadəçi alternativ marşrut təklifedib və ya səfər zamanı təyinat yerini dəyişib. Ümumiyyətlə, hərhansı səfərin yekun dəyəri düsturla müəyyən edilir: (baza dəyəri(“təchizat”) + məsafəyə görə xərc + səyahət vaxtına görə xərc) Xfaktoru.

Şirkət təmsilçisi yekunda bildirib ki, "Bolt" müştərilərinxidmətdən razı qalması üçün hər şeyi edir: "Xidmətin keyfiyyətinivə təhlükəsizliyini artırmaq üçün sürücülərə hər hansı insidentləriqeyd etməyə imkan verən proqram vasitəsilə müştəri dəstəyimizəmüraciət etməyi tövsiyə edirik".

Məqalədə:
Избранный
75
15
az.trend.az

10Источники