RU

Türkiyədə 78 qeyri-qanuni miqrant xilas edildi

Türkiyənin Muğla vilayətinin Datça rayonu sahilində 78 qeyri-qanuni miqrant xilas edilib.

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Türkiyə Sahil Mühafizə Komandanlığının internet saytında verilən açıqlamada bildirilib.

Məlumata görə, mühərrik nasazlığı səbəbindən bir qayıq dənizdə qalıb. Təhlükə siqnalı aldıqdan sonra Türkiyə Sahil Mühafizəsinin katerləri aralarında uşaqların da olduğu 78 nəfəri sahilə çıxarıb.

Miqrantlara ilkin tibbi yardım göstərilib və onlar müvafiq prosedurlardan sonra Miqrasiya İdarəsinə aparılıblar.

“Cebheinfo.az”

Избранный
73
1
cebheinfo.az

2Источники