Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 4-cü turunun növbəti oyunları keçirilib.
Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.
“Kocaelispor” – “Kayserispor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
“Kasımpaşa” doğma meydanda “Qaziantep”ə, “Antalyaspor” isə “Karagümrük”ə məğlub olub. Son çempion “Qalatasaray” da “Rizəspor”u xalsız yola salıb.
4-cü turun qalan görüşləri avqustun 31-də keçiriləcək.
Türkiyə, Super Liqa
4-cü tur
29 avqust
Göztəpə – Konyaspor 1:1
Qollar: Dennis, 50 – T.Taşçı, 85.
30 avqust
Kasımpaşa – Qaziantep 2:3
Qollar: Qeye, 70. Hayradinoviç, 87-pen – M.Kabasakal, 13. Lunqoyi, 30. A.Kızıldağ, 74.
Kocaelispor – Kayserispor 1:1
Qollar: Petkoviç, 90+5 – Benes, 90.
Antalyaspor – Karagümrük 1:2
Qollar: G.Vural, 11 – A.Çinar, 42. D.Conson, 90+4.
Qalatasaray – Rizəspor 3:1
Qollar: D.Sançes, 20. Osimhen, 65. İkardi, 90+2 – Vareşanoviç, 73.
31 avqust
20:00. Başakşəhər – Eyüpspor
20:00. Gənclərbirliyi – Fənərbağça
22:30. Alanyaspor – Beşiktaş
22:30. Trabzonspor – Samsunspor