RU

“At gücü” - klassik avtomobillərin yürüşü və çövkən oyunu keçirilib (FOTO)

Bakı. Trend:

Avqustun 30-da Bakıda Azərbaycan Avtomobil Federasiyası (AAF) vəAzərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgətəşkilatçılığı ilə klassik avtomobillərin və çövkən oyunu, atşousunun bir araya gəldiyi tədbir keçirilib.

Trend xəbər verirki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaiştirak edib.

Tədbir Bakı bulvarında klassik avtomobillərin sərgisi iləbaşlayıb. Dənizkənarı Milli Parkda AAF-da tədbir üçün qeydiyyatdankeçən klassik avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzindəkidaimi sərginin bəzi eksponatlarından ibarət nəqliyyat vasitələrinümayiş olunub. Yüzdən çox klassik avtomobilin iştirak etdiyitədbirdə müxtəlif illərə aid nəqliyyat vasitəsini görmək mümkünolub. Bu nadir eksponatlar avtomobil sənayesinin inkişafmərhələsini əks etdirərək, vizual baxımdan hər zaman diqqəti cəlbedir.

Sonra retro avtomobillər şəhərin mərkəzi küçələri daxil olmaqlaNeftçilər prospekti - Ağ Şəhər bulvarı - Heydər Əliyev Mərkəzi -Heydər Əliyev prospekti –Binə Atçılıq Mərkəzi marşrutu ilə hərəkətedərək Bakı sakinləri və qonaqlarına nostalji dolu anlaryaşadıb.

Müxtəlif illərdə fərqli avtomobil şirkətləri tərəfindən istehsaledilən klassik nəqliyyat vasitələri paytaxtımızın görünüşünə xüsusiovqat qatıb. Bu avtomobillərin hər biri nəinki müasir nəqliyyatvasitələrindən fərqlənən görünüşü, həm də öz tarixi ilə də maraqdoğurur.

Yürüşün sonunda Binə Atçılıq Mərkəzində sərgi təşkil olunub.Daha sonra başlayan tədbirdə Azərbaycan Avtomobil Federasiyası vəAzərbaycan Respublikası Atçılıq Federasiyasının fəaliyyətinə dairvideoçarx nümayiş etdirilib. Beynəlxalq Avtomobil Federasiyasınıntamhüquqlu üzvü olan AAF avtomobil idmanının inkişafı, yol hərəkətitəhlükəsizliyi və avtomobil irsinin təbliği istiqamətində müxtəliflayihə və tədbirlər həyata keçirir. Bu fəaliyyətlər sırasındaavtoidman yarışları, sürət festivalları, drift və yolsuzluqyürüşləri, klassik avtomobil sərgiləri xüsusi yer tutur.Federasiyanın təşəbbüsləri beynəlxalq səviyyədə də yüksəkqiymətləndirilib. 2024-cü ildə Kiqalidə keçirilən FIAmükafatlandırma mərasimində AAF “Klassik avtomobillər” sərgisinəgörə “İrsin Təbliği Kubokuna” layiq görülüb.

ARAF isə bu illər ərzində, həmçinin Qarabağ atlarının qorunması,beynəlxalq tədbirlərdə tanıdılması istiqamətində mühüm işlər görüb.Bu ilin may ayında Qarabağ atları artıq 9-cu dəfə İngiltərədəVindsor Kral Atçılıq Şousunda, İstanbulda keçirilən EtnosportMədəniyyət Festivalında möhtəşəm çıxış edib və tamaşaçıların böyükrəğbətini qazanıb. Eyni zamanda, çövkən oyunu artıq dünyamiqyasında tanıdılaraq beynəlxalq yarışlara çıxarılıb. Sonratamaşaçılara Qarabağ atlarının füsunkar çıxışı – “Zəfər” proqramıtəqdim edilib. Azərbaycanda milli atüstü oyun növlərindən biri olan- çövkən oyunu barədə videoçarx təqdim olunub. 2013-cü ildəUNESCO-nun Təcili Qorunmağa Ehtiyacı Olan Qeyri-Maddi Mədəni İrsSiyahısına daxil edilən milli atüstü oyun növü-çövkən təkcə idmannövü deyil, həm də zəngin mədəni irsdir. Qeyd edək ki, gələn ilBakıda 2-ci Çövkən üzrə Dünya Çempionatı baş tutacaq. TədbirAzərbaycan-İtaliya yoldaşlıq çövkən oyunu ilə davam edib. Oyunidmanın dostluq və əməkdaşlıq missiyasını əks etdirib. Çövkən oyunuAzərbaycan komandasının 2:1 hesabı ilə qalib gəlməsi ilənəticələnib.

Eyni zamanda tədbirdə “Ən yaxşı qadın süvari”, “Ən yaxşı kişisüvari” və “Ən unikal avtomobil”, “Ən orijinal avtomobil”, “Ənəfsanəvi avtomobil”, “Ən qədim avtomobil”, “1950–1960-cı illərin ənfərqli avtomobili” , “1970–1980-ci illərin ən fərqli avtomobili”ninsürücüləri təltif edilib. Həmin axşam yalnız idmançı və sürücülərdeyil, həm də rəngarəng retro geyimi ilə seçilən qonaqlarmükafatlandırılıb. “Ən rəngarəng retro geyimli” üç qalib təltifedilib.

Gecə konsert proqramı ilə davam edib. Səhnəyə məşhur tenorlarVittorio Grigolo (İtaliya) və Yusif Eyvazov (Azərbaycan), eləcə dəsoprano ifaçısı Afaq Abbasova (Azərbaycan) çıxaraq opera ifalarıilə gecəyə sənət ruhu qatıblar. Daha sonra müasir musiqi səhnəsininsevilən siması Minelli (Rumıniya) öz enerjili çıxışı ilətamaşaçılara unudulmaz anlar yaşadıb.

Tədbir Nazar Holdings, Volvo Cars, Azerbaijan Automobiles,“Azpetrol” şirkətlərinin sponsorluğu, Motor House, Green Carmərkəzlərinin, Regional İnkişaf İctimai Birliyi (RİİB) və “Nargis”jurnalının təşkilati dəstəyi ilə keçirilib.

“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
“At
Избранный
226
25
az.trend.az

10Источники