RU

Sebalyosun “Real”dan ayrılmaq ehtimalı azalır

Madrid “Real”ının yarımmüdafiəçisi Dani Sebalyosun klubdan ayrılması ilə bağlı söz-söhbətlər davam edir.

90deqiqe.Az xəbər verir ki, 29 yaşlı futbolçunun əsas namizədi kimi uzun müddət “Betis” göstərilsə də, Sevilya təmsilçisinin transferi reallaşdırmaq imkanının olmadığı bildirilib.

Ehtimal olunan variantlar arasında İtaliyanın “Yuventus” klubu da yer alırdı. Lakin, “qoca sinyora” Sebalyosla bağlı heç bir danışıqlar aparmır və transfer gündəmdə deyil.

Qeyd edək ki, ispan yarımmüdafiəçi 2017-ci ildən “Real”ın heyətində çıxış edir. Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Transfermarkt portalı futbolçunun bazar dəyərini 10 milyon avro olaraq qiymətləndirir.

Избранный
130
90deqiqe.az

1Источники