İki gün əvvəl reanimasiyaya yerləşdirilən bloger Asya Aslanovanın son vəziyyəti açıqlanıb.Bu barədə onun dostu bloger Ramal İsayev məlumat yayıb.O bildirib ki, Asyanın vəziyyəti yenidən pisləşib və o, süni-tənəffüs aparatına qoşulub.“Hazırda xəstəxanadayam. Dünəndən bəri Asyanın vəziyyəti yenidən ağırlaşıb. Aparata qoşublar”.Xatırladaq ki, dekabrın 16-da bloqer Asya Aslanova ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bloqerin vəziyyəti dişini müalicə etdirəndən sonra pisləşib. Belə ki, o, ağıl dişini çəkdirərkən narkozun təsiri altında olub və qanına infeksiya keçib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта