Türkiyənin Dənizli vilayətində meşə yanğınına müdaxilə edən yanğınsöndürmə təyyarəsi Muğlada məcburi eniş zamanı qəzaya uğrayıb. Metbuat.az xəbər verir ki, hadisədən sonra əraziyə xilasedicilər cəlb edilib. Xəsarətlər alan pilotun vəziyyətinin yaxşı olduğu bildirilir. Yerli mənbələrin məlumatına görə, təyyarə boş sahəyə təcili eniş edib. Açıqlamaya görə, təyyarə sərt eniş etdiyi üçün zədələnib. Hadisənin səbəbləri araşdırılır.