RU

Zamanla bunlar düzələcək Saşa İliç

Qol.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Sumqayıt"ın baş məşqçisi Saşa İliç Misli Premyer Liqasının 3-cü turunda öz meydanlarında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə etdikləri oyundan danışıb.

QOL.az xəbər verir ki, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

"Bizim üçün çox çətin oldu. Hər iki tərəf də qələbə qazana bilərdi. İlk hissəni yaxşı oynasaq da, ikinci yarıda işlər istədiyimiz kimi alınmadı. Bəzən yaxşı müdafiə də qol buraxa bilər. Bugünkü oyunda bunun şahidi olduq. Məncə, ilk 3 oyun üçün 7 xal kifayət qədər yaxşı nəticədir. Nəzərə alsaq ki, hələ çempionatın startıdır, oyunçular bir-birinə tam alışmayıb. Zamanla bunlar düzələcək".

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
53
1
qol.az

2Источники