28-29 avqust tarixlərində Fövqəladə Hallar Nazirliyinin qurumları arasında idmanın cüdo növü üzrə FHN-in yaranmasının 20 illiyinə həsr olunmuş çempionat keçirilib.
Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, idman-sağlamlıq klubunun arenasında keçirilən çempionatda FHN-in Aparatı və qurumlarını təmsil edən 9 komandadan 60-a yaxın əməkdaş iştirak edib.
İki gün gərgin mübarizə şəraitində keçən yarışlardan sonra qaliblər müəyyən olunub.
Çempionatın bağlanış mərasimində, əvvəlcə Dövlət Himni səsləndirilib. Sonra çıxış edən İdman-sağlamlıq klubunun rəisi polkovnik Füzuli Musayev Nazirliyin qurumları arasında cüdo yarışının ilk dəfə olaraq keçirilməsi və əməkdaşların əzmkar şəkildə iştirak etməsinin qürürverici hal olduğunu qeyd edib. O, çempionatda yer tutmuş komandaları təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Olimpiya sistemi ilə beynəlxalq qaydalara uyğun olaraq 7 çəki dərəcəsi üzrə keçirilən yarış baş hakim Sərvin Haşımlı tərəfindən idarə edilib.
Gərgin idman mübarizəsi şəraitində keçən çempionatda aşağıdakı nəticələr qeydə alınıb:
60 kq çəkidə
I yer – Ayxan Mirzəzadə (Mülki müdafiə qoşunları (MMQ))
II yer – Mirelturan Seyidi (Dövlət Yanğından Mühafizə Xidməti (DYMX))
III yer – Kamran Qasımov (DYMX)
III yer – Nicat Qardiyev (Akademiya)
66 kq çəkidə
I yer – Nadir Nadirli (DYMX)
II yer – Sədrəddin Hüseynov (MMQ)
III yer – Ariz Hüseynov (MMQ)
73 kq çəkidə
I yer – Elton İmranov (MMQ)
II yer – İsmayıl Hacıyev (DYMX)
III yer – Aqil Həsənli (Akademiya)
III yer – Murad Balacayev (Akademiya)
81 kq çəkidə
I yer – Eltac Həsənov (Bakı Regional Mərkəzi)
II yer – Ülvi Sadıqzadə (Akademiya)