RU

Azərbaycanın qızıl ixracından gəlirləri kəskin artıb

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan 178,7 milyon ABŞ dolları dəyərində qızıl ixrac edilib.

Ölkə.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayına istinadən xəbər verir ki, bu 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə və ya 104,2 milyon ABŞ dolları çoxdur.

Qeyd edək ki, cari ilin iyul ayı ərzində 33,9 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib. Bu isə illik müqayisədə 2 dəfə çoxdur.

Избранный
33
6
olke.az

8Источники