RU

Kürdəmirdə şəhid Rizvan Hacıyev dəfn olunub

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra tapılan Rizvan Qara oğlu Hacıyev dəfn edilib.

Mia.az xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Kürdəmir rayonunun Qocalı kənd qəbiristanlığında torpağa tapşırılıb.

***

Kürdəmir rayonunun Qocalı kəndində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və nəşinin qalıqları 32 il sonra Füzulinin Qacar kəndi ərazisində tapılan Rizvan Qara oğlu Hacıyevlə vida mərasimi keçirilib.

Mia.az Report-a istinadla xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Allah rəhmət eləsin!

Избранный
161
7
mia.az

10Источники