RU

Təqsirləndirilən şəxsin ibtidai istintaqa ifadəsi ilə Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib (FOTO)

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 28-dədavam etdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmişşəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edənprokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onlarınqanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izahedib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayətişi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digərsənədlərin elan olunması ilə davam etdirilib.

Təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanıifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimiistənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etməksəlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə“təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyivə Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baştutub.

Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyiningöndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarmarejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın MüdafiəNazirliyinin tərkib hissəsi kimi çıxış edib.

Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütüntəminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndiavtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın ibtidai istintaqdakıifadəsində bildirilib ki, I Qarabağ müharibəsində və ondan sonrakıdövrdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərindəhərbi qüvvələr Ermənistandan gətirilərək yerləşdirilib. Apreldöyüşləri zamanı da Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşənErmənistana tabe olan, oradan maliyyələşən hərbi birləşmələr olub.Silah-sursat, hərbi texnika və canlı qüvvə dəstəyi də həmişəki kimiErmənistandan təmin edilib.

A.Harutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı əsgərlərəruh yüksəkliyi vermək üçün hərbi kazarmalara və döyüş yerlərinəgetdiyini, lakin bütün hərbi əmrləri, göstərişləri ErmənistanınMüdafiə Nazirliyinin və baş qərargah rəisinin verdiyini deyib.Bildirib ki, həmin vaxt baş qərargah rəisi Onik Qosparyan olub və44 günlük müharibə zamanı bütün rəhbər göstərişlər, əmrlər,tapşırıqlar onun tərəfindən verilib.

“Toçka-U”, “Smerç”, “Skad” və digər bu tipli raket kompleksləriqondarma rejimin “müdafiə ordusunun” hərbi arsenalında olmayıb. 44günlük müharibə zamanı iki “Smerç” raket kompleksi Ermənistandangətirilərək Əsgəranda yerləşdirilib. Raket kompleksini idarəedənlər və şəxsi heyət də Ermənistan hərbi qüvvələrinə aid olub vəoradan gətirilib.

Arayik Harutyunyan ibtidai istintaqa ifadəsində qeyd edib ki,Tərtər və Bərdə rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində,Goranboy, Beyləqan və digər rayonların ərazilərində yerləşən, mülkiəhalinin sıx məskunlaşdığı ərazilərə, mülki obyektlərə, müdafiəolunmayan ərazilərə, hətta Bakı şəhərinin də yerləşdiyi Abşeronyarımadası istiqamətində ballistik raketlərin atılmasına dairəmrlər Ermənistandan verilib.

Bildirilib ki, 2020-ci il oktyabrın 4-də paylaşdığı “Məniməmrimlə müdafiə ordusu bu gün Gəncə şəhərində yerləşən hərbiobyektləri məhv etmək üçün bir neçə raket zərbəsi endirib. İndidənmən dinc əhali arasında günahsız qurbanların olmaması üçün atəşkəsəmri vermişəm. Düşmən ondan nümunə götürmədiyi təqdirdə, düşməninordusunu parçalayaraq, sıradan çıxararaq bərabər və güclü zərbələrendirməkdə davam edəcəyik. Biz hərəkətlərimizdə sona qədərqərarlıyıq” kimi yazının mətni Ermənistan Respublikasının MüdafiəNazirliyinin baş qərargah rəisi Onik Qasporyanın təklifi iləhazırlanaraq ona verilib, o da həmin mətni öz mətbuat katibi VahramPoqasyana təqdim edərək, onun səhifəsində yerləşdirməyitapşırıb.

Qeyd edib ki, baş verən proseslərə artıq heç bir təsir imkanınınqalmadığını gördüyü üçün 2023-cü il avqustun 31-də “istefa verərək”“prezidentlikdən” imtina edib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arayik Harutyunyanınmətbuatda və sosial şəbəkələrdə paylaşdığı məlumatlar vəifadələrinin elanı ilə davam edib, fotogörüntülər təqdimolunub.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanınibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

İfadəsinə əsasən qeyd olunub ki, 1988-ci ildən “Azadlıqhərəkatı”nın öncüllərindən biri kimi tanınıb, 1990-cı ildə“özünümüdafiə qüvvələri”nə qoşulub, 1992-1993-cü illərdə qondarmarejimin “özünümüdafiə komitəsi”nin komandir müavini, 1993-1995-ciillərdə qondarma rejimin “müdafiə ordusu”nun “arxa qərargahınınkomandiri”, 1995-1996-cı illərdə “müdafiə ordusu komandirininxarici əlaqələr üzrə müavini”, 1996-1997-ci illərdə 10-cu dağlıqpiyada diviziyası komandirinin müavini, 1997-1999-cu illərdəErmənistan Respublikasının daxili işlər və milli təhlükəsizliknazirinin köməkçisi, 1999-2001-ci illərdə qondarma rejimin “daxiliişlər naziri”, 2001-2007-ci illərdə “milli təhlükəsizlik xidmətinindirektoru” vəzifələrində çalışıb. 2007-2020-ci illərdə qondarmarejimin “prezidenti” olub, həmçinin “dövlət naziri vəzifəsi”ni icraedib.

Həmçinin ifadəsində qeyd edib ki, Birinci Qarabağ müharibəsizamanı aparılan bütün hərbi əməliyyatlara “özünümüdafiə qüvvələrikomitəsinin”, daha sonra “müdafiə ordusunun sədri” olan SerjSarkisyan, Ermənistanın müdafiə nazirləri olmuş Vazgen Sarkisyan vəVazgen Manukyan rəhbərlik ediblər. Həmin dövrdə ümumi rəhbərliyiisə “Dövlət Müdafiə Komitəsi”nin sədri olmuş Robert Köçəryan vəErmənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan edib.

Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Təqsirləndirilən
Избранный
99
41
az.trend.az

10Источники