RU

Rusiya Ukrayna kəşfiyyat gəmisi vurdu: Ölən və yaralananlar var

Rusiya hərbçiləri Dunay çayının deltasında Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus "Simferopol" kəşfiyyat gəmisini vurublar.

Bu barədə Oxu.Az UNİAN "Telegram" kanalı və TASS-a istinadən xəbər verir.

Ukrayna Hərbi Dəniz Qüvvələrinin spikeri Dmitri Pletençukun sözlərinə görə, gəmiyə Rusiyaya məxsus yüksəksürətli ekipajsız katerdən istifadə edilməklə zərbə endirilib. pizza mizza

Məlumata görə, gəminin bir ekipaj üzvü həlak olub, daha bir neçə üzvü yaralanıb.

Hazırda hücumun nəticələri aradan qaldırılır və bir neçə hərbi dənizçinin axtarışları davam edir.

Pilotsuz aviasiya üzrə rusiyalı ekspert Denis Fedutinovun bildirdiyinə görə, bu, Rusiya Müdafiə Nazirliyi tərəfindən Rusiya ekipajsız katerinin Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus gəmini vurması ilə bağlı ilk təsdiqlənmiş hadisədir.


Telegram kanalımız
Избранный
7
yenisabah.az

1Источники