RU

Daha bir cüdoçumuz dünya çempionatında bürünc medal qazandı

Azərbaycanın daha bir yeniyetmə cüdoçusu Bolqarıstanın paytaxtı Sofiyada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

Yenisabah.az xəbər verir ki, Zeyd Ələsgərov (60 kq) bürünc mükafata sahib çıxıb.

O, üçüncü yer uğrunda görüşdə Yaponiya təmsilçisi Toai Haşimaya qalib gəlib. pizza sifarişi

Bu gün Röyal Qayıbov (60 kq) 1/32 finalda uduzub. Nərmin Ağamirzəzadə (48 kq) 1/16 finala təsadüf edən ilk görüşdə yenilib.

Yarışa 1/32 finaldan start verən Aysun Məmmədova (52 kq) və Leyla Ələkbərova (48) 1/8 finalda məğlubiyyətlə barışmalı olublar.


Telegram kanalımız
Избранный
31
4
yenisabah.az

10Источники