Oxu.az saytına istinadən ain.az xəbər verir.
Yeni Zelandiya polisi ölkə tarixində rekord miqdarda 8.2 milyon dollar dəyərində maye ekstazi ələ keçirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə yerli hüquq-mühafizə orqanlarının mətbuat xidməti məlumat yayıb.
Kriminal polis müfəttişi Darrin Tomson qeyd edib ki, bu miqdar ölkə üçün rekorddur. Ümumilikdə "maye ekstazi" kimi tanınan 1950 kq qamma-butirolakton müsadirə edilib. "Hermes" adı verilən əməliyyat altı ay davam edib, gömrük və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilib.
Əməliyyat zamanı ekstazidən əlavə ümumi çəkisi 10 kq-dan çox olan, dəyəri 2.2 milyon dollar olan bir neçə metamfetamin partiyası ələ keçirilib.
38-75 yaşlarında olan dörd kişi saxlanılaraq Vellinqtonda məhkəmə qarşısına çıxarılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.