Almaniya Beynəlxalq Təhlükəsizlik Araşdırmaları İnstitutunun elmi işçisi Janis Klüge 2025-ci ilin birinci yarısı üçün Rusiya büdcəsinin hərbi xərclərini hesablayıb.
Yenisabah.az The Moscow Times-a istinadla xəbər verir ki, Rusiya Maliyyə Nazirliyinin məlumatlarına əsaslanan hesablamalara görə, yeni mütləq rekorda imza atılıb - 8,484 trilyon rubl.
Ötən ilin eyni dövrü ilə müqayisədə orduya və silah istehsalına xərclər 31% çoxalıb. 2023-cü ilin yanvar-iyun ayları ilə müqayisədə - 95%, müharibənin birinci ili ilə müqayisədə isə Kluge-nin hesablamalarına görə 3 dəfə. pizza sifarişi
Hərbi xərclərinin payı da rekordu yenidən yazıb: keçən il bu, 35%, bu il isə birinci rübdə 41,2%, ikincinin sonunda isə 39,8% təşkil edib.
Büdcə gəlirlərinin 50,1%-i yanvar-mart, 48,2%-i isə iyunun sonuna kimi müharibəyə yönəldilib.
Telegram kanalımız