Bu ilin yanvar-iyul aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 221,357 milyon manat sığorta haqqı toplanılıb.
AzNews.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,7 % çoxdur.
Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlərin məbləği 80,595 milyon manat təşkil edib ki, bu da 1 il əvvələ nisbətən 9,8 % çoxdur.
Beləliklə, 7 ayda icbari sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 36,4 manatı qədər ödəniş edilib. Bu rəqəm 1 il bundan əvvəl 35 manat olub.
Xatırladaq ki, bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 937,658 milyon manat sığorta haqqı toplanılıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,5 % çoxdur. Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 529,307 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 20,25 % çoxdur.