Ukraynanın “Simferopol” orta kəşfiyyat gəmisi Dunay çayının mənsəbində Rusiyaya məxsus dəniz dronu vasitəsilə batırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus orta ölçülü “Simferopol” kəşfiyyat gəmisi sürətli dəniz dronu ilə Dunay çayının mənsəbində vurulub. Hücum nəticəsində Ukrayna gəmisi batıb”, - məlumatda qeyd olunub.
Ukrayna Hərbi Dəniz Qüvvələri gəminin hücuma məruz qalmasını təsdiq edib. Bildirilib ki, hücum nəticəsində 1 nəfər həlak olub. Gəminin batması barədə məlumat verilməyib.