RU

Paşinyan İlham Əliyevin mövqeyini dəstəklədi

Azərbaycan Prezidenti bildiyimə görə, müsahibəsində Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olmasını da qeyd edib. 

Paralel.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanaılan müsahibəsi ilə bağlı sualı cavablandırarkın deyib.

"Sülhün bərqərar olduğunu bildirəndə biz tərəflərin artıq bir-birinə sualının qalmadığını nəzərdə tutmuruq. Bizim heç vaxt münaqişəmiz, problemimiz, hətta mehriban münasibətlərimiz olan ölkələrlə münasibətlərimizdə bu baş vermir. Dövlətlərarası münasibətlərin qurulması və inkişafı dinamik prosesdir, tərəflər arasında da fikir ayrılıqları var ki, bu da ümumi mənzərəyə təsir etmir.

Mən 18 avqust mesajımda da dedim ki, sülhə qayğı lazımdır və o, daimi olmalıdır. Bəli, sülh yaranıb və qurulan sülh getdikcə daha institusional xarakter almalıdır”, - Paşinyan bildirib.

Mürtəza

Избранный
29
5
paralel.az

7Источники