RU

Qaraçay üzərində yeni körpü inşa olunur - FOTO

Qaraçay

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün inşası aparılır.

1news.az xəbər verir ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi davam etdirilir.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunmuşdu.

Избранный
96
10
1news.az

10Источники