RU

Yaş fərqləri tənqid olunur!

Olay.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Yaş fərqləri tənqid olunur!

Türk seriallarında tez-tez diqqət çəkən məqamlardan biri baş rollardakı aktyor və aktrisalar arasındakı yaş fərqidir.

OLAY yazır ki, sosal şəbəkələrdə izləyicilər bu fərqi tənqid edərək bildirirlər ki, ekranlarda çox zaman yaşca böyük aktyorlarla daha gənc aktrisaların tərəf müqabili kimi təqdim olunması artıq ənənəyə çevrilib. 

Tamaşaçılar hesab edir ki,bu hal həm gənc aktyorların önə çıxmasına mane olur, həm də ekran əsərlərinin inandırıcılığını azaldır. 

Məsələn, ”Güller ve Günahlar” dizisinda baş rolları paylaşan Murat Yıldırım(46) və Cemre Baysel(26) arasında 20, “Doc” serialının Türkiyə üçün çəkilən versiyasında baş rollar İbrahim Çelikkol(43) və Alina Boz(27) arasında 16 yaş fərq var. “Aynadaki Yabancı” dizisində Onur Tuna(40) öz tərəf müqabili Simay Barlasdan(26) 14 yaş , “Çarpıntı” dizisində baş rolu oynayacaq olan Kerem Bürsin (38) Lizge Cömertdən(23) 15 yaş böyükdür.

Tənqidlərə baxmayaraq, prodüserlər bu məsələnin reytinqlərə təsir etmədiyini vurğulayır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
olay.az

2Источники