RU

ABŞ əcnəbi tələbələrin qalma müddətini dörd illə məhdudlaşdırmağı planlaşdırır

ABŞ Daxili Təhlükəsizlik Departamenti (DHS) əcnəbi tələbələrin və mübadilə proqramı iştirakçılarının ölkədə qalma müddətini maksimum dörd il ilə məhdudlaşdıracaq yeni qayda layihəsini dərc etməyi planlaşdırır. Bu barədə Politico nəşri yazıb.

Hazırkı qaydalara əsasən, F vizası ilə ABŞ-da olan tələbələr təhsilləri davam etdiyi müddətdə ölkədə qala bilirlər. 1978-ci ildən bəri qüvvədə olan bu sistem, tələbələrin viza müddəti deyil, təhsil müddəti əsasında ABŞ-da qalmalarına imkan verir.

Yeni təklifə görə, əcnəbilərə yalnız proqram müddətində və maksimum dörd il olmaqla qalmaq icazəsi veriləcək. Departamentin sözçüsü bildirib ki, əvvəlki sistem “təhlükəsizlik riskləri” yaradıb və “vergi ödəyiciləri üçün xərcləri artırıb”.

Əgər qayda qüvvəyə minərsə, tələbələr əlavə qalma icazəsi üçün Daxili Təhlükəsizlik Departamentindən mütəmadi yoxlamalardan keçməli olacaqlar.

Gülnar 

Избранный
8
8
anews.az

9Источники