RU

8500 illik sualtı yaşayış məskəni aşkarlanıb  

Arxeoloqlar Danimarkanın Orxus körfəzində qədim sualtı yaşayış məskəni aşkarlayıblar. Tapıntının 8500 illik olduğu təxmin edilir. Alimlər bu yaşayış məntəqəsini “daş dövrünün Atlantidası” adlandırırlar.

Piter Mo Astrupun rəhbərlik etdiyi arxeoloqlar qrupu təxminən 430 kvadrat fut ərazidə qazıntılar aparıb. Mütəxəssislərin fikrincə, yaşayış məntəqəsi son buz dövrü başa çatdıqdan sonra dəniz səviyyəsinin qalxması nəticəsində su altında qalıb. Astrup bildirib ki, buz təbəqələrinin əriməsi dəniz səviyyəsinin sürətlə yüksəlməsinə səbəb olub. Bəzən suyun səviyyəsi əsr ərzində bir neçə metr artıb. Bu isə daş dövründə sahilboyu yaşayış məntəqələrinin su altında qalmasına və ovçu-yığıcı icmaların daxili ərazilərə köçməsinə gətirib çıxarıb.

Qazıntılar zamanı çoxlu sayda artefakt tapılıb. Tapıntılar arasında heyvan sümükləri, daş alətlər, ox ucları, suiti dişi və emal edilmiş taxta əşyalar da var.

 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Избранный
5
2
azerbaijan-news.az

3Источники