RU

Vaşinqton ən yeni PUA istehsalına hazırlaşır

AzVision.az xəbər verir ki, ABŞ HHQ-nin sözçüsü “YFQ-42A” PUA-sının döyüş aviasiyası ilə birlikdə tətbiqinin nəzərdə tutulduğunu deyib.

“CCA proqramı bizə döyüş meydanına yeni nəzər salmağa, döyüş əməliyyatlarının diapazonunu, çevikliyini və ölümcüllüyünü, habelə qarşılıqlı fəaliyyət qabiliyyəti hesabına hərbi səmərəliliyi artırmağa kömək edəcək”,- ABŞ HHQ-nin qərargah rəisi, general Devil Olvin söyləyib.

“Air and Space Forces” jurnalının yazdığına görə, bu təşəbbüs F-22 və F-35 qırıcılarının atəş gücünü artırmaq məqsədi daşıyır: PUA-lar təyyarənin xarici asqılarını boşaltmaqla və onların zəifgörmə qabiliyyətini yaxşılaşdırmaqla bəzi silahlanmaları öz öhdəsinə götürə biləcəklər.

- Belə bir konsepsiya pilotlu texnika istehsalı ilə müqayisədə döyüş qabiliyyətini daha sürətli və daha ucuz qiymətə inkişaf etdirməyə imkan verir”, - jurnal vurğulayır.

Proqramın birinci mərhələsində “General Atomics” və “Anduril Industries” iştirak edirlər. Onların hazırladıqları prototiplər 2024-cü ilin mayında yerüstü sınaqlardan uğurla keçib. ABŞ HHQ bu il oktyabrın 1-də başlayacaq 2026-cı maliyyə ilində “YFQ-42A” PUA-larının istehsalına başlamaq barədə qərar qəbul etməyi planlaşdırır.

Sahil İsgəndərov
AzVision.az
Избранный
84
1
azvision.az

2Источники