RU

Ukrayna mətbuatı Prezident İlham Əliyevin “Əl Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb FOTOLAR

Sia Az saytından alınan məlumata görə, ain.az bildirir.

Ukraynanın aparıcı mətbu orqanları Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibəsini geniş işıqlandırıb. SİA xəbər verir ki, “RBK-Ukrayna”, “Korrespondent” “Gordon” və digər xəbər portallarında nəşr edilən məqalələrdə Azərbaycan Prezidentinin müxtəlif mövzularda fikirləri qeyd edilib.

Prezident İlham Əliyevə istinadla bildirilib ki, Azərbaycan ərazi bütövlüyünün pozulmasından əziyyət çəkən bir ölkə olaraq bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan Rusiya-Ukrayna müharibəsinin ilk günlərindən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləməyə davam edir.

Məqalələrdə dövlətimizin başçısının Zəngəzur dəhlizi ilə bağlı fikirləri də işıqlandırılıb. Qeyd olunur ki, məhz SSRİ-nin fəaliyyəti nəticəsində Azərbaycan ərazisinin bir hissəsini itirib. Sovet İttifaqı Qərbi Zəngəzuru 1920-ci ildə Azərbaycandan alaraq Ermənistana verdiyi üçün Naxçıvan bölgəsi anklav olub.

Ukrayna mediasında, həmçinin Prezident İlham Əliyevin Vaşinqtona səfəri və Trampla görüşü barədə də fikirləri dərc edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
3
sia.az

4Источники