RU

Moskva Vyana Konvensiyasını tapdaladı! Avropa diplomatlarına atəş açdı!

Hurriyyet.az xəbər verir ki, ötən gecə Ukraynanı ballistik raketlərlə və dropnlarla atəşə tutan Rusiya hərbçiləri Kiyevdə avropalı diplomatlara da hücum ediblər. Bununla da Vyana Konvensiyası pozulub. Avropa İttifaqının Ukraynadajı missiyasının binası zədələnib.

Bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa X şəbəkəsindəki səhifəsində yazıb. 

Açıqlamada deyilir: "Rusiya gecə hücumu zamanı diplomatlara da zərbə endirib  — bu, Vyana Konvensiyasının aşkar şəkildə pozulmasıdır. Aİ-nin Ukraynadakı missiyası zərər çəkib. Bu addımı təkcə təkcə Aİ deyil, bütün dünya qınamalıdır. Biz Avropa İttifaqındakı həmkarlarımızla həmrəy olduğumuzu bildiririk və onlara yardım göstərməyə hazırıq”.

Hürr Tərcüman

Избранный
9
1
hurriyyet.az

2Источники