Azertag saytından alınan məlumata görə, ain.az bildirir.
Şirvan, 28 avqust, Aydın Yavərzadə, AZƏRTAC
Şirvan Dövlət Rəsm Qalereyası və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə müsabiqə-plener keçirilib.
Şirvan-Salyan Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən irəli sürülən təşəbbüs əsasında elan edilən, 21 avqust – 21 sentyabr “Sülh aylığı” çərçivəsində təşkil olunan tədbir Dədə Qorqud parkında düzənlənib.
Tədbirdə istedadlı uşaq və yeniyetmələr öz yaradıcılıq bacarıqlarını nümayiş etdiriblər. Rəngarəng rəsm əsərləri və yaradıcı yanaşmalar şəhər sakinlərinin böyük marağına səbəb olub. Müsabiqənin qalibləri 21 sentyabr – Beynəlxalq Sülh Günü münasibətilə keçiriləcək yekun sərgidə elan olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.