RU

Zelenski Kiyev xərabələrini göstərdi: Rusiya uşaq qatilidir

ain.az, Hurriyyet portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hurriyyet.az xəbər verir ki, Ukrayna Prezidenti Vladimir Zelenski Kiyevdəki dağıntıları nümayiş etdirərək deyib: "Rusiya müharibəni dayandırmağı yox, qətllər törətməyə davam etməyi seçir".

Rusiyanın növbəti kütləvi hücumundan sonra Kiyevdə dağıntıların toplanması davam edir. Raketlər və dronlar yaşayış binasını hədəfə alıblar. 

Ukrayna Prezidenti Vladimir Zelenski bununla əlaqədar deyib: "Hazırda Kiyevdə Rusiyanın zərbəsindən sonra adi yaşayış binasının dağıntıları təmizlənir. Şəhərlərimizə və icmalarımıza qarşı növbəti kütləvi zərbə. Yenə də qətllər törədildi. Təəssüf ki, artıq ən azı səkkiz nəfərin öldüyü (son məlumata görə 10 nəfər həlak olub - red.) məlumdur. Onların arasında bir uşaq da var. Bütün qohumlarına və dostlarına başsağlığı verirəm".

Zelenski dağıntılar altında insanların qala biləcəyini xəbər verib. Bundan başqa, artıq onlarla yaralının olduğu bəllidir.

"Bu gün Rusiyanın bu raketləri və silahlı dronları dünyada həftələrlə, aylarla atəşkəsə və real diplomatiyaya çağıran hər kəsə açıq cavabdır. Rusiya danışıqlar masasını yox, ballistikanı seçir. O, müharibəni bitirməkdənsə, öldürməyə davam etməyi seçir. Bu isə o deməkdir ki, Rusiya hələ də əməllərinin nəticələrindən qorxmur".

O vurğulayıb ki, Rusiya hələ də dünyanın bir hissəsinin uşaq ölümlərinə göz yummasından istifadə edir və Rusiya Prezidenti Vladimir Putini təmizə çıxarmaq üçün bəhanələr axtarır.

Zelenski deyib: ""Biz baş verənlərə Çinin reaksiyasını gözləyirik. Çin dəfələrlə müharibəni genişləndirməməyə və atəşkəsə çağırıb. Bu, Rusiyaya görə baş vermir. Biz Macarıstanın reaksiyasını gözləyirik. Uşaqların ölümü mütləq hər şeydən daha böyük emosiyalar doğurmalıdır".

Ukrayna prezidenti dünyanı Rusiyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.

Hürr Tərcüman

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
9
1
hurriyyet.az

2Источники