RU

Onu təhqir edən həmkəndlisinin evini yandırdı HƏBS

Tribuna saytına istinadən ain.az xəbər verir.

Biləsuvar Rayon Məhkəməsində əmlakı qəsdən məhv etmə və əmlakı qəsdən məhv etməyə cəhddə təqsirləndirilən Həsən Quliyevin (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Rəfayil Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza müəyyən edilib.

İttihama görə, hadisə 26 noyabr 2024-cü il tarixdə, saat 01 radələrində Biləsuvar rayonu, Xırmandalı kəndində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, sərxoş vəziyyətdə olan Həsən Quliyev zərərçəkmiş Z.Z.-yə (adı, soyadı şərtidir) məxsus içərisində əmlakı ilə birlikdə 20 000 manat dəyərindəki evinin giriş qapısını açıb ora daxil olub. O, özü ilə gətirdiyi plastik qabda olan benzini evin girişinə və mətbəxinə səpməklə kibritlə qəsdən yandırıb. Nəticədə ev və içərisindəki əşyalar məhv olub. Lakin həmin vaxt evdə olan zərərçəkmiş qadın, oğlu və gəlini yanğını söndürüb.

Hadisədən sonra Həsən Quliyev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

O, məhkəmə ifadəsində bildirib ki, hadisəsən 20 gün əvvəl zərərçəkmiş T.T. (adı, soyadı şərtidir) ilə yaşadığı kənddə, magistral yolun kənarında aralarında mübahisə yaranıb. Bu zaman zərərçəkmiş onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edib. Sonradan sərxoş vəziyyətdə olarkən T.T.-nin yaşadığı evi yandırmaq qərarına gəlib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
6
2
tribunainfo.az

3Источники