RU

Ali məktəblər Bakıdan bu regiona köçürülməlidir, başqa yol yoxdur

Universitetlərin hamısı niyə Bakıda olmalıdır ki?! Kampusu olmayan universitet nəyə lazımdır ki?! BDU-dan başqa (tarixdəki yerinə, simvolizmə görə), bütün universitetlər regionlara, əsasən də Qarabağa, Şərqi Zəngəzura köçürülməlidir, başqa yol yoxdur. 

Hurriyyet.az xəbər verir ki, bu sözləri iqtisadçı Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, işğaldan azad edilmiş bölgələrimizin inkişafı da buna bağlıdır:

“Xankəndidəki Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tədbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün universitetlər və torpağa milkiyyət məsələsi həll edilməlidir.

Universitet şəhəryaradan müəssisədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır. Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa, investisiya qoyub universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq...”

Axar.az

Избранный
7
12
hurriyyet.az

10Источники