Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran sanksiyaların bərpa olunacağı təqdirdə MAQATE ilə əməkdaşlığı dayandıracağı ilə hədələyib
İranın MAQATE ilə əməkdaşlığı Böyük Britaniya, Fransa və Almaniyanın (“Avroüçlük”) 2015-ci ilin Birgə Hərtərəfli Fəaliyyət Planında (JCPOA) nəzərdə tutulan Tehrana qarşı beynəlxalq sanksiyaların bərpası mexanizmini işə salacağı təqdirdə başa çatacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qəribabadi deyib.
Qəribabadi İranın dövlət telekanalına müsahibəsində bildirib ki, "əgər bu addımlar atılsa, MAQATE ilə hazırda mövcud olan qarşılıqlı əlaqəmiz tamamilə pozulacaq və yəqin ki, dayandırılacaq".
Bundan əvvəl “Avroüçlük” xəbərdarlıq etmişdi ki, Tehran nüvə proqramı ilə bağlı diplomatik həllə nail ola bilməsə, avqustun sonuna kimi “sürətli cavab” mexanizmini işə salmağa hazırdır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.