RU

Belarusda qeyri-adi mikroavtobus: Saunalı "Mercedes-Benz" satışa çıxarıldı – FOTO

Belarusda içərisində sauna olan qeyri-adi "Mercedes-Benz T1" markalı yük-sərnişin mikroavtobusu satışa çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Minsk şəhərində satışa çıxarılan avtomobilin yürüşü 599 min kilometr, qiyməti 14 589 Belarus rublu, təxminən 7 300 manat təşkil edir.

Mikroavtobusun arxa hissəsində uzunluğu iki metr olan qapalı sauna qurulub. Burada iki skamya və bacası olan soba da mövcuddur.

Sauna ilə sürücü oturacağı arasında üç-dörd nəfərlik divan yerləşdirilib.

Mikroavtobusda eyni vaxtda yeddi sərnişin hərəkət edə bilər.

Nəqliyyat vasitəsi 1993-cü ildə buraxılıb.
 


Bizim.Media

Избранный
10
2
bizim.media

4Источники