Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Msport.az xəbər verir ki, Monakoda təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
Püşkatma mərasimində Azərbaycan çempionu “Qarabağ”ın da 8 rəqibi müəyyənləşəcək. Qurban Qurbanovun komandası oyunlardan 4-ü ilə evdə, dördü ilə isə səfərdə qarşılaşacaq.
Püşkatmada 36 komanda 4 səbətə bölünəcək. “Qarabağ” reytinqi daha az olan komandaların yer aldığı 4-cü səbətdədir.
Hər səbətdən iki komanda digər səbətlərdən iki komandaya rəqib olacaq. Bir assosiasiyadan maksimum iki rəqib ola bilər.
Liqa mərhələsində eyni assosiasiyadan olan komandalar isə bir-birilə qarşılaşa bilməz.
Səbətlərin tərkibi
1-ci səbət
PSJ (Fransa)
Real Madrid (İspaniya)
Mançester Siti (İngiltərə)
Bavariya (Almaniya)
Liverpul (İngiltərə)
İnter (İtaliya)
Çelsi (İngiltərə)
Borussiya Dortmund (Almaniya)
Barselona (İspaniya)
2-c səbət
Arsenal (İngiltərə)
Bayer Leverkuzen (Almaniya)
Atletiko Madrid (İspaniya)
Benfika (Portuqaliya)
Atalanta (İtaliya)
Villarreal (İspaniya)
Yuventus (İtaliya)
Ayntraxt Frankfurt (Almaniya)
Brügge (Belçika)
3-cü səbət
Tottenhem (İngiltərə)
PSV (Niderland)
Ayaks (Niderland)
Napoli (İtaliya)
Sportinq Lissabon (Portuqaliya)
Olimpiakos (Yunanıstan)
Slaviya Praqa (Çexiya)
Bude-Qlimt (Norveç)
Marsel (Fransa
4-cü səbət
Kopenhagen (Danimarka)
Monako (Fransa)
Qalatasaray (Türkiyə)
Union Berlin (Almaniya)
Qarabağ (Azərbaycan)
Atletik Bilbao (İspaniya)
Nyukasl (İngiltərə)
Pafos (Kipr)
Kayrat (Qazaxıstan)