Bu gün Monakoda UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Missiya.Az xəbər verir ki, tədbirdə Azərbaycan çempionu "Qarabağ"ın da rəqibləri müəyyənləşəcək.
Püşkatma mərasimi Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Tədbirdə "Qarabağ" klub rəhbərliyi səviyyəsində təmsil olunacaq.
Liqa mərhələsində "Qarabağ"ın səkkiz rəqibi olacaq.
Xatırladaq ki, ÇL-in əsas mərhələsində 36 komanda iştirak edəcək.