RU

Bakıda DƏHŞƏT: yeniyetmə oğlan anasını oteldə öldürdü

09:08 28.08.2025
09:08 28.08.2025

Bakıda qətl hadisəsi baş verib.

Mynews.az-ın məlumatına görə, hadisə avqustun 27-də Bakıdakı otellərdən birində qeydə alınıb.

1989-cu il təvəllüdlü Əsmət Qasımova qaldığı oteldə qətlə yetirilib.

Hadisənin qadının oğlu, 16 yaşlı Ayxan Qasımlı tərəfindən törədildiyi məlum olub.

O, anası ilə müvəqqəti qaldığı oteldə aralarında yaranan münaqişə zəminində hadisəni törədib.

Yeniyetmə anasını öldürdükdən sonra Qazaxa gedərək polisə təslim olub.

Faktla bağlı araşdırma aparılır. 


Избранный
39
5
mynews.az

6Источники