RU

Cəlilabadda payızlıq kartof əkininə başlanılıb

Cəlilabadda kənd təsərrüfatı sahəsində aparılan mövsümi işlərin davamı olaraq payızlıq kartof əkini işlərinə başlanılıb. 

Əkin zamanı torpaq hazırlığının düzgün aparılması, keyfiyyətli toxum materialının seçilməsi və aqrotexniki tələblərə ciddi riayət olunması fermerlər tərəfindən əsas şərt kimi götürülür. Yeri gəlmişkən qeyd edək ki, payızlıq kartof əkini torpaqdan səmərəli istifadə edilməsinə, təsərrüfatlarda məhsuldarlığın artırılmasına və bazar tələbatının ödənilməsinə imkan verir.

Bu il rayonda 3 min 100 hektardan çox sahədə yazlıq kartof əkilib və 93 min 44 ton məhsul əldə edilib. Yığılan məhsulun 46 min 236 tonu xarici ölkə bazarlarına ixrac olunub.

 "Azərbaycan"

Избранный
11
azerbaijan-news.az

1Источники