RU

ABŞ-da məktəbdə atışma: 3 NƏFƏR ÖLÜB, 20 NƏFƏR YARALANIB -FOTO/VİDEO

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Minnesota ştatının Minneapolis şəhərindəki katolik məktəbində atışma baş verib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

 

Hadisə zamanı daha 20 nəfərin xəsarət aldığı bildirilir. Ölənlərin və cinayəti törədən şəxsin kimliyi barədə məlumat verilməyib. 

ABŞ Prezidenti Donald Tramp atışma barədə məlumatlandırıldığını açıqlayıb. O, Federal Təhqiqatlar Bürosunun hadisəyə dərhal reaksiya verdiyini söyləyib:  “Onlar hadisə yerindədirlər. Ağ Ev bu dəhşətli vəziyyəti izləməyə davam edəcək. Hadisəyə cəlb olunmuş hər kəs üçün mənimlə birlikdə dua etməyinizi xahiş edirəm”,- deyə ABŞ Prezidenti sosial media hesabında yazıb.

 

Qeyd edək ki, hadisənin baş verdiyi məktəbdə 8-ci sinfə qədər uşaqlar təhsil alır.

Избранный
11
2
senzor.az

8Источники