RU

Dilarə yeni foto-layihəsini təqdim edib

Yayda istirahətə yox deyən, yalnız sənəti ilə məşğul olan ölkənin ən çalışqan super ulduzu Dilarə Kazımova yeni foto-layihəsini təqdim edib. SİA xəbər verir ki, sənətçi "Sörfçü qız” (Surfer Girl) layihədə çimərlik geyimində kamera qarşısına keçib. Estrada ulduzu bildirib ki, yaradıcılığı üçün bir çox layihələr planlaşdırıb: "Bu, sadəcə başlanğıcıdır. Bundan sonra fotosessiyalar da, maraqlı layihələr də çox olacaq”.

Qeyd edək ki, fotoların müəllifi Zaur Cəlilovdur. Kazımovanın makiyajı üzərində Jalə Bağırova çalışıb. Layihənin çəkilişləri Bakıda reallaşıb.

Избранный
17
sia.az

1Источники