RU

ABŞ-da bayraqlar yarıya endirildi

ABŞ Prezidenti Donald Tramp Ağ Ev, bütün ictimai binalar daxil olmaqla ölkədəki bütün bayraqların avqustun 31-dək yarıya qədər endirilməsini əmr edib.

Bakues.az xəbər verir ki, bu addım avqustun 27-də Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş zorakılıq aktının qurbanlarına hörmət əlaməti olaraq atılıb.

Həmçinin, əmrə əsasən ABŞ-ın xaricdəki səfirlik və konsulluqlarında və digər nümayəndəliklərin binalarında bayraqlar yarıyadək endirilib.

Qeyd edək ki, Minnesota ştatının Minneapolis şəhərində məktəbdə baş vermiş atışma zamanı hadisəni törədən şəxs də daxil olmaqla 3 nəfər ölüb.

Hücum zamanı 20-yə yaxın şəxs yaralanıb.

Избранный
43
11
icma.az

10Источники