RU

Kadi Borqes: "Əsas mərhələdə əlimizdən gələni edəcəyik"

"Bizə dəstəyini əsirgəməyən, daima yanımızda olan azarkeşlərimizi sevindirmək üçün Çempionlar Liqasının əsas mərhələsində əlimizdən gələni edəcəyik".

Apasport.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Kadi Borges deyib.

Yarımmüdafiəçi Çempionlar Liqasının əsas mərhələsinə fokuslandıqlarını bildirib: "Biz hazırda liqa mərhələsinə fokuslanmışıq. Hazırlaşmaq üçün yaxşı vaxtımız olacaq".

Kadi həmçinin azarkeşlərin onlara çox kömək etdiyini vurğulayıb: "Azarkeşlər bu gün möhtəşəm idilər. Onların dəstəyi bizə əlavə güc, stimul verirdi".

Futbolçu köhnə komanda yoldaşları ilə münasibətləri haqda da danışıb: “Ferentsvaroş" futbolçuları ilə münasibətim yaxşıdır. Orada yaxşı insanlarla tanış oldum və yeni dostlar qazandım”.

Elvin Cəfərquliyev: “Rəqib kimi “Barselona”nı görmək istəyərəm”

Qurban Qurbanov: “Məsuliyyətimiz bir daha artdı”

İlham Əliyev “Qarabağ”ı təbrik edib

Robbi Kin: “Axmaq qollar buraxdıq”

Əmrah Çəlikəl: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər”

Избранный
4
1
apasport.az

2Источники