RU

Məşhur aktyor “Kuruluş Osman”da

Veteran aktyor Burak Sergen Türkiyənin ATV kanalında yayımlanan məşhur “Kuruluş Osman” serialında rol alacaq.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Xəbərdə bildirilir ki, yeni sezonda serialın heyətinə qoşulan Burak Sergenin hansı rolu canlandıracağı sürpriz saxlanılıb.

Məlumata görə, hazırda Türkiyə sərhədlərindən kənarda da özünə böyük izləyici auditoiyası toplayan serialın yeni bölümlərinin çəkilişləri davam edir. 

Xatırladaq ki, ötən ay məşhur aktyor Burak Özçivit “Kuruluş Osman” serialından ayrılıb.

"Cebheinfo.az" 

Избранный
20
3
cebheinfo.az

4Источники