RU

16 yaşlı oğlanın bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb

Yevlaxda 16 yaşlı oğlanın bıçaqlanmasında şübhəli bilinən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Far.Az-ə verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayon sakini 2005-ci il təvəllüdlü Qeyis Yolçuyev polis əməkdaşarı tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Yevlaxda 16 yaşlı oğlanın bıçaqlanması ilə bağlı Daxili İşlər Nazirliyinin əməkdaşları hərəkətə keçib.

Far.Az xəbər verir ki, hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.

***22:50

Yevlaxda 16 yaşlı oğlan bıçaqlanıb.

Far.Az "Report"a istinadən xəbər verir ki, şəhər ərazisində 2009-cu il təvəllüdlü H.Qasımov mübahisə zəminində bıçaq xəsarəti alıb.

O, xəstəxanaya yerləşdirilib, vəziyyəti kafi qiymətləndirilir.

Onun hansı səbəbdən və kim tərəfindən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Избранный
13
far.az

1Источники