BAKI, 28 avqust. TELEQRAF
AFFA-nın prezidenti Rövşən Nəcəf “Qarabağ” klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Teleqraf xəbər verir ki, Rövşən Nəcəf tarixi uğurla bağlı paylaşım edib:
“Qarabağ” futbol klubunu tarixində ikinci dəfə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak haqqı qazanması münasibətilə ürəkdən təbrik edir, yeni qələbələr diləyirəm.Uğurlar “Qarabağ”!