RU

Emrah Çelikel: “Qarabağ” və azarkeşlər bu qələbəyə layiq idilər

“Çox gözəl iki oyun izlədik. Bu turu qələbə ilə başa vurmağımız və Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağımız bizi çox sevindirir”.

Bu sözləri jurnalistlərə açıqlamasında “Qarabağ”ın baş direktoru Emrah Çelikel deyib.

O, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibətilə bütün azarkeşləri təbrik edib: “Hər birinizi bu qələbə ilə təbrik edirəm. ‘Qarabağ’, azarkeşlər və biz – hamımız bu uğura layiq idik”.

Çelikel həmçinin komandanın ev oyunlarını harada keçirəcəyi ilə bağlı suala cavab verib: “Hələlik dəqiqlik yoxdur, lakin böyük ehtimalla Tofiq Bəhramov adına Respublika Stadionunda oyunlarımızı keçirəcəyik”.

Baş direktor komandanın gücləndirilməsi istiqamətində aparılan işlərə də toxunub: “Bu yöndə çalışmalarımız daim davam edir”

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində "Ferentsvaroş"u ümumi hesabda 5:4 hesabı ilə məğlub edərək əsas mərhələyə vəsiqə qazanıb.

Çempionlar Liqası: “Fənər” “Benfika” səfərində - YENİLƏNİR

ÇL: Cavab görüşlərinə start verilib - YENİLƏNİB

Qazaxıstan klubu tarixində bir ilkə imza atıb

Qurban Qurbanov: "İlk matçdakı nəticə bizim üstün olduğumuzu göstərir"

Bəhlul Mustafazadə: "Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq"

Избранный
71
50
apasport.az

10Источники