“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxıb.
Aznews.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi komanda Bakıda “Ferentsvaroş”la üz-üzə gəlib.
Görüş saat 20:45-də start götürüb.
Gərgin keçən qarşılaşmada qapılara 5 top vurulub. Oyun qonaqların 3:2 hesablı qələbəsi iləbaşa çatsa da, ümumi hesabda üstün olan "Qarabağ" Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanıb.
Qeyd edək ki, “Qarabağ” ilk oyunda rəqibini 3:1 hesabıyla məğlub edib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu