RU

"Qarabağ" UEFA Çempionlar Liqasında Liqa mərhələsinə yüksəlib - YENİLƏNİB

UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş"u (Macarstan) iki oyunun nəticəsinə əsasən üstələyən "Qarabağ" Liqa mərhələsinə yüksəlib.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan cavab matçı qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Ev sahibi komandanın qollarını Leandro Andrade (25) və Abdullah Zubir (45) vurublar. Qonaqların heyətində isə Lenni Josef (14), Barnabas Varqa (55,pen) və Aleks Tot (82) diqqət mərkəzinə düşüblər.

Qeyd edək ki, səfərdəki ilk oyunda Azərbaycan çempionu 3:1 hesabı ilə qalib gəlmişdi.

Beləliklə, iki görüşün nəticəsinə əsasən "Ferentsvaroş"u mübarizədən kənarlaşdıran "Qarabağ" tarixində ikinci dəfə bu uğura imza atıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv daha öncə 2017/2018 mövsümündə qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə (əvvəlki adı ilə) yüksəlmişdi.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda beşinci qol vurulub.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıbılar.

82-ci dəqiqədə Aleks Tot cərimə zərbəsini dəqiq yerinə yetirib. 

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab yenidən bərabərləşib.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar fərqləniblər -2:2.

55-ci dəqiqədə Barnabas Varqa kobud oyuna görə təyin olunan penaltini qola çevirib.

UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda “Qarabağ” və “Ferensvaroş” (Macarıstan) komandaları arasında keçirilən cavab oyununda üçüncü qol vurulub.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil edilən görüşün 45-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Abdullah Zubir komandamızı önə keçirib.

Qarşılaşmanı fransalı baş hakim Kleman Türpen idarə edir.

Komandalar arasında keçirilən ilk görüşdə Ağdam təmsilçisi 3:1 hesabı ilə qalib gəlib.

21:14

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab bərabərləşib.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda Ağdam təmsilçisi "status-kvo"nu bərpa edib - 1:1. 

25-ci dəqiqədə Leandro Andrade adını tabloya yazdırıb.

20:57

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) oyununda hesab açılıb.

Moderator.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilirən matçda qonaqlar hesabda irəli çıxıblar.

14-cü dəqiqədə Lenni Josef fərqlənib.

20:45

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Ferentsvaroş" (Macarıstan) matçı start götürüb.

Moderator.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçirilir.

Görüşü fransalı FIFA referisi Kleman Tyurpen idarə edir.

 

 

 

Избранный
48
50
moderator.az

10Источники