RU

"Qarabağ" - "Ferensvaroş" matçında 5-ci qol - Yenilənir

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan çempionu "Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxır.

QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Macarıstan "Ferensvaroş"unu Bakıda qəbul edir. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayıb.

Oyunu məşhur FİFA referisi, 2022-ci ildə Çempionlar Liqasının ("Liverpul" - "Real"), 2021-сi ildə isə Avropa Liqasının ("Vilyareal" - "Mançester Yunayted") final oyununun baş hakimi olmuş Kleman Tyurpen idarə edir.

Bu komandalar arasında ilk matçda "Qarabağ" 3:1 hesablı qələbə qazanmışdı.

"Qarabağ" "Ferensvaroş"u 2 oyunun cəmində də məğlub edəcəyi təqdirdə tarixində 2-ci dəfə Çempionlar Liqasının əsas mərhələsinə yüksələcək. Qurban Qurbanovun komandası 2017-ci ildə Avropanın ali klub turnirinin qrup mərhələsində mübarizə aparmışdı.

Çempionlar Liqası, pley-off mərhələsi, cavab oyunları

27 avqust

20:45. "Qarabağ" (Azərbaycan) - "Ferensvaroş" (Macarıstan) - 2:3 (İkinci hissə)

Qollar: Cosef, 12 (0:1), Leandro Andrade, 25 (1:1), Abdullah Zubir, 45 (2:1), B.Varqa, 55 - pen. (2:2), Tof, 81 (2:3)

Hakimlər: Kleman Tyurpen, Nikolya Danos, Aleksis Auqer, Romen Lissorq (Fransa)

VAR: Jerom Brisar (Fransa)

AVAR: Nikolas Renvil (Fransa)

Tofiq Bəhramov adına Respublika Stadionu

İlk oyun - 3:1

Избранный
23
12
teleqraf.com

10Источники