RU

Zelenski ABŞ yə nümayəndə heyəti göndərəcək

Qafqazinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ukrayna Prezidenti Volodomir Zelenski bu həftə ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Vitkoffla danışıqlar aparmaq üçün ABŞ-yə nümayəndə heyəti göndərəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Nəşrin məlumatına görə, Ukrayna nümayəndə heyətinin tərkibinə Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov daxil olacaq. 

Görüşdə Ukrayna üçün təhlükəsizlik təminatları məsələsi qaldırılacaq, həmçinin Zelenski ilə Rusiya Prezidenti Vladimir Putin arasında gələcək mümkün görüş müzakirə olunacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
21
3
qafqazinfo.az

4Источники